Ana Sayfa > Araşdırma / Manşet > Şok! İŞİD Qafqaza dair planı işə salır: Ömər Şişaninin emissarı bölgədə!
Şok! İŞİD Qafqaza dair planı işə salır: Ömər Şişaninin emissarı bölgədə!11-03-2015, 10:42. Yazar: admin |
İŞİD-in məşhur əmiri Ömər Şişaninin emissarı Şimali Qafqaza gəlib. Çeçen saytları xəbər verir ki, Axmed Katayev adlı döyüşçü bölgədə məşhurdur. Ötən ay Suriyadan qayıdan Katayev bölgədə olması haqda videosüjet hazırlayıb. Onun İŞİD-in Suriyadakı hərbi əmiri Ömər Şişaniyə yaxın olduğu deyilir. Katayev yayılan videoda özü bu haqda informasiya verib. A. Katayev 2012-ci ildə Lopota dərəsi hadisələrinə görə həbs olunub. Lakin bir il sonra azadlığa çıxıb. Daha sonra o, Avstriyada qaçqın statusu alıb. O, vaxtilə Doku Umarovun Şərqi Avropada emissarı kimi də fəaliyyət göstərib. Avstriyada sığınacaq alandan sonra Ukraynada həbs olunub. Bir müddət İsveç həbsxanasında yatıb. Daha sonra Suriyaya keçib. Hazırda Şimali Qafqazda olduğu deyilir. Katayev Suriyada Əhməd əl-Şişani kimi tanınır. Yayılan videoda o, özünü bu adla təqdim edir. Qeyd edək ki, ötən ilin dekabrında Çeçenistanın Şərqi Qafqaz əmiri olaraq tanınan Makhran Saidov İŞİD lideri Əl-Bağdadiyə biət etdiyini bəyan edib. Onun ardınca Şərqi Çeçenistanda mücahidlərin daha bir lideri Əbu Usamə də videoçıxış yayaraq İŞİD liderinə biət etdiyini açıqlayıb. Bununla yanaşı, Dağıstanda "əmir Süleyman" Auxovski camaatı, həmçinin Əbu-Hatab Əl-Çərkəzinin liderliyi ilə bir qrup çərkəz İŞİD-i dəstəklədiklərini açıqlayıblar. Bu günlərdə Rusiyanın etnologiya institutunun etnopolitik mərkəzinin əməkdaşı Əhməd Yarlıkapov İŞİD-in Qafqaz üçün ciddi təhlükə olduğunu açıqlayıb. "İŞİD ideologiyası sürətlə Dağıstana ixrac olunur. Bu bölgədəki radikal qruplaşmaların komandirləri İŞİD-ə biət edirlər. Hesab edirəm ki, yerli güc əldə etməklə İŞİD taktikanı dəyişdirə və bölgədə daha təhlükəli terror aktları törədə bilər. Biz anlayırıq ki, İŞİD bu bölgədə nəzarət olunan əraziləri ələ keçirə bilməz. Amma terror hüceyrələrini yarada bilər. Bunu ciddi qəbul etmək lazımdır", - deyə o qeyd edib. Bir müddət əvvəl Dağıstanda yaşayan, adının açıqlanmasını istəməyən keçmiş kəşfiyyatçılardan birinin publika.az-a şərhi də İŞİD-in Qafqazda fəallaşması baxımından maraqlı idi. "İŞİD himayədarları bu terrorçu qurumun fəaliyyətini Şimali Qafqaza keçirməklə regionda qeyri-stabil vəziyyət yaratmaq istəyirlər. Hədəfdə Rusiyadır. İŞİD Şimali Qafqazda aktiv əməliyyatlara başlayarsa, istər-istəməz Rusiyanın bir çox layihələri sual altına düşəcək və Moskva diqqəti öz daxili vəziyyətinə yönəltməyə məcbur olacaq" , - deyə keçmiş kəşfiyyatçı iddia edib. İŞİD-ə 10 min avropalı qoşulacaq? İŞİD terror təşkilatına qatılan avropalıların sayı 2015-ci ilin sonuna kimi 10 minə çata bilər. Xarici KİV xəbər verir ki, belə bir qorxuducu proqnozu Fransanın baş naziri Manuel Vals səsləndirib. "Terror təşkilatının sıralarında hazırda 3 minə qədər avropalı var. Üç minə qədər avropalı Suriya və İraqda döyüşməkdə davam edir. İŞİD-ə qoşulanların hazırkı sayını nəzərə alsaq, yaydan əvvəl bu rəqəmin beş minə, ilin sonunda isə on minə çatması mümkündür. Bunun yaradacağı təhlükəni düşünə bilirsinizmi?" - Manuel Vals deyib. Baş nazir Fransanın 90-a qədər vətəndaşının döyüşlərdə öldüyünü əlavə edib. Məlumata görə, Fransa və Belçika İŞİD sıralarında ən çox vətəndaşı olan Avropa ölkələridir. ABŞ-la İran İŞİD-ə qarşı birləşib İraq kürd peşmərgələri netflə zəngin Kərkük bölgəsində İŞİD qüvvələrinə qarşı hücuma başlayıblar. Xarici KİV xəbər verir ki, əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri də dəstək verir. Məlumata görə, kürd qüvvələri şəhərin cənubundan keçən cəbhə boyunca hücuma keçib. Bu arada İraq ordusu və şiə silahlıları İŞİD cihadçılarını Tikrit şəhərindən çıxarmağa çalışırlar. Xəbər verilir ki, İŞİD Tikrit üzərinə hücumu dayandırmaq üçün nəzarətində olan Mosuldakı qüvvələrinin bir hissəsini ora göndərib. Tikrit üzərinə hücum edən hökumət qoşunlarına İran da kömək edir. İraqın müdafiə naziri Xalid əl-Obeidi bu faktı təsdiq edib. O, İraq ordusuna həm ABŞ, həm də İran tərəfindən dəstək verilməsindən məmnun olduğunu bildirib. İŞİD neftçiləri oğurladı İŞİD silahlıları Liviyada 9 əcnəbi neftçini oğurlayıb. Xarici KİV-in məlumatına görə, Avstriya rəsmiləri dörd filippinli, avstriyalı, banqladeşli, çex və qanalı neftçilərin oğurlandığını təsdiq ediblər. Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, neftçilər Liviyadakı əl-Qani neft mədənində oğurlanıb. Hücum zamanı terrorçuların səkkiz keşikçinin başını kəsdiyi iddia olunur. Oğurlananların "Value Added Oilfield Services" (VAOS) neft xidmətləri şirkətində işlədiyi deyilir. VAOS işçilərinin hara aparıldığını bilmədiyni söyləyib. 4 vətəndaşının oğurlandığını təsdiq edən Filippin bəyan edib ki, onun Liviyada itkin düşən işçilərinin sayı 7-yə çatıb. Liviya Milli Neft Korporasiyası əcnəbi işçilərin oğurlanması barədə heç bir məlumat verməyib. Lakin yerli neftçilərin cihadçılar tərəfindən iki saat saxlandıqdan sonra buraxıldığını bildirib. İŞİD-dən daha bir ağlasığmaz dəhşət İŞİD terror qruplaşması növbəti vəhşiliyə imza atıb. Belə ki, silahlılar bu dəfə İrakın Xavidca şəhərində 20 kişini öldürüb, kütləvi edamdan sonra isə onların cəsədlərini dirəklərdən asıblar. Meyidlər asılan dirəklərin təpəsində ekstremistlərin bayrağı sancılıb. Terrorçular edamı və dirəklərdən asılmış cəsədlərin fotolarını sosial şəbəkələrdə paylaşıblar. 20 nəfərin kütləvi qətlinə səbəb edam edilənlərin onlara qarşı vuruşan yerli silahlılara qatılmaq istəməsi olub. İŞİD-çılər onların bu məqsədlərindən xəbər tutublar və digərlərinə dərs olsun deyə onları ictimai şəkildə cəzalandırıblar. Şokedici fotolardan görünür ki, İŞİD bayrağı altında edam edilənlərin cəsədləri ayaqlarından asılıb. Dirəklər isə elektrik xəttlərinə qoşulub. İnsanların psixologiyasına mənfi təsir göstərəcəyindən ehtiyatlanıb sözügedən görüntüləri təqdim etmirik. Öldürülənlərin şiə təriqətinə məxsus olduqları bildirilir. İŞİD-in bu vəhşiliyinə cavab olaraq şiələrdən ibarət silahlılar Youtube-a video çağırış yerləşdiriblər. Videoda danışan silahlı tezliklə İŞİD-çilərin tamamən məhv ediləcəyinə söz verir. Murad İbrahimli Geri dön |