Ana Sayfa > Araşdırma > "Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslər gedir” - TƏHLİL
"Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslər gedir” - TƏHLİL7-06-2020, 15:05. Yazar: admin |
“ABŞ-da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir”. Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, baş verənlər prezident Donald Trampa qarşı bir prosesdir: “Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırdığı mümkündür. Ümumiyyətlə, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olub. Onlara qarşı təhlükəsizlik işçilərinin zorakı üsullarla davranması daim davam edib və bundan sonra da davam edəcək. Etirazlar heç də polis zorakılığına qarşı deyil. Çünki ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərləşdirəndə heç kim onlara etiraz etmir. Məsələ ondadır ki, son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb. Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyatı və infrastrukturu hədəf alır. Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslər gedir”. Analitikə görə, ABŞ-ın fövqəldövlət kimi zəifləməsi və iqtisadiyyatın sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin əl-qolunu aça bilər: “Tramp etirazların qarşısını alacaq. Əgər, etirazlar sivil şəkildə keçirilsəydi, Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyini gücləndirməsinə gətirə bilər”. Geri dön |