Ana Sayfa > Araşdırma > BVF: Gələn il Azərbaycanda geniş pul kütləsi 3,6% artacaq - PROQNOZ

BVF: Gələn il Azərbaycanda geniş pul kütləsi 3,6% artacaq - PROQNOZ


1-06-2020, 12:13. Yazar: admin
BVF: Gələn il Azərbaycanda geniş pul kütləsi 3,6% artacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Azərbaycanda bu il geniş pul kütləsinin həcmi (M3) 1,5% azalacaq.

"APA-Economics"in Fonda istinadən verdiyi məlumata görə, 2021-ci ildə isə bu göstəricinin 3,6% artacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, bu ilin may ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 291,8 mln. manat təşkil edib. Bu, əvvəlki aya nisbətən 1,6% azdır, ötən ilin analoji dövrü ilə müqayisədə isə 7,4% çoxdur.
Geri dön