Ana Sayfa > Araşdırma > Füzulidə təhsilin evini kimlər yıxıb?

Füzulidə təhsilin evini kimlər yıxıb?


16-04-2015, 10:05. Yazar: admin
Füzulidə təhsilin evini kimlər yıxıb?
Füzuli rayon təhsil şöbəsinin maxinasiyaları haqda faktlarla əhatələnmiş məktub daxil olub.
2011-ci ildə təhsil şöbəsinin müdiri Almaz Həşimovanın bir zamanlar direktor olduğu Füzuli rayon İnternat məktəbində təmir işlərinin aparılması üçün ümumi qiyməti 39656,87 manat olan 10 tender keçirilib. Həmin tenderləri təqdim edirik:
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Abadlıq işlərinin satın alınması "Valeh-H” MMC 2500
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Kommunikasiya və kommunla xidmətlərin satın alınması "Valeh-H” MMC 4000
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Cari təmir işlərinin satın alınması "Valeh-H” MMC 6000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması "Valeh-H” MMC 4000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Avadanlıqların satın alınması "Nəfs-RR” MMC 4993
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Digər alışlar və xidmətlərin satın alınması "Nəfs-RR” MMC 2499
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Ülkər-H” MMC 4699,92
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Yumşaq inventarların satın alınması "Valeh-H” MMC "Ülkər-H” MMC 2000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Bərk inventarların satın alınması "Ülkər-H” MMC 3965
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Digər maşın və avadanlıqların satın alınması "Ülkər-H” MMC 4999,95
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan rayonlarında peşə məktəblərinin yalnız adı qalıb. Özləri isə yoxdur.
Mənbə bildirir ki, əvvəla bu texniki peşə məktəbində güya görülən işlərin qiymətləri ən azı 4-5 dəfə şişirdilib. Bütün görülən iş isə ondan ibarət olub ki, 2011-ci ildə İnternat Məktəbi bir dəfə rənglənib. Yəni Almaz xanım və rayon icra başçısı Alı Alıyev 10 tenderi sadəcə olaraq hardasa 200-300 manatla «bağlayıblar».
Bildirilir ki, bütün pullar Almaz Həşimovaya məxsus olan şirkətlərə köçürülərək nəqdləşdirilib və mənimsənilib. Almaz Həşimova İnternat Məktəbindən təhsil şöbəsi müdiri vəzifəsinə gedərkən, peşə məktəbinə öz qohumunu təyin etdiyinə görə bütün «əməliyyatlar» problemsiz ötüşüb.
Bundan başqa 2011-ci ildə təhsil şöbəsinin digər «ehtiyaclarını» ödəmək məqsədi ilə daha 7 tender keçirilib. Qəribədir ki, yenə də eyni şirkətlər tenderi udublar və qazanan yenə də Almaz Həşimovla Alı Alıyev ikilisi olub. Həmin tenderlər aşağıdakılardır:
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Digər alışlar və xidmətlərin satın alınması "Vusal-84″ FT MMC 7742
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Vusal-84″ FT MMC 13035
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avadanlıqların satın alınması "Vusal-84″ FT MMC 7230
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Vusal-84″ FT MMC 48048,6
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avtomobil ehtiyat hissələrinin satın alınması "Vusal-84″ FT MMC 6075
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Yumşaq inventarların satın alınması "Vusal-84″ FT MMC 27030
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Mal-materialların satın alınması "Vusal-84″ FT MMC 7712
Məlumatda göstərilir ki, «Vüsal84» MMC və "Nəfs-RR” MMC, "Ülkər-H” MMC firmaları 116 saylı peşə məktəbinin direktoru olduğu zaman Almaz xanımın adına olub. Sonradan həmin firmalar Almaz Həşimovanın ailə üzvlərinin adına keçirilib.
Mənbə bildirir ki, bundan başqa təhsil şöbəsinin xərclərinə 2011-ci ildə ayrı ayrı vaxtlarda 109642.6 manat pul ayrılıb. Yumşaq inventarların alınması üçün 27 min manat vəsait ayrılıb ki, Almaz xanım həmin puldan sadəcə öz kabinetinə mebel dəsti alıb.
Bir də mühasibat otağına dəftərxana ləvazimatların yerləşdirmək üçn mebel alınıb. Yerdə qalan pul təhsil şöbəsinin bütün otaqlarını mebellə təmin edilməsi adı altında sənədləşdirilib. Əslində həmin köhnə mebellerə üzlük çəkilib və təzə adı altında yenidən sənədləşdirilib.
2011-ci ildə Almaz xanım "Vusal-84″ FT MMC firmasının adı altında avtomobil hissərinin alınması üçün 6 000 manat pul ayrılıb. Ayrılan puldan Füzuli rayon Təhsil şöbəsinə aid olan «Nissan» markalı maşına heç bir qəpik də xərc çəkilməyib. Bunu əvəzinə isə Almaz xanım özünün şəxsi «Pejo» markalı maşınını «Prado» markalı ciplə əvəz edib.
Mənbə həmçinin onu da bildirir ki, təhsil şöbəsinə dəftərxana ləvazimatı almaq üçün ayrılan 61083.6 manatdan hardasa min manatlıq dəftərxana ləvəzimatı alınıb. Qalan pullar isə yenə də şöbə müdiri ilə başçı arasında şərikli mal kimi bölünüb.
Məlumatda bildirilir ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənməyib və qalan pullar mənimsənilib. Bu korrupsiyada ən böyük dəstəkçisi və ortağı Alı Alıyevdir.
Bildirilir ki, bu boyda korrupsiya və yolsuzluq ona görə mümkün olub ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev təhsil şöbəsinin müdiri Almaz Həşimovanın şəriki sifətində çıxış edib.

Geri dön