Ana Sayfa > Araşdırma / Manşet > "Loğman" klinikasının rəhbərliyi ilə bağlı ŞOK İDDİA - Komaya saldıqları qadının əri ilə gizli anlaşma...

"Loğman" klinikasının rəhbərliyi ilə bağlı ŞOK İDDİA - Komaya saldıqları qadının əri ilə gizli anlaşma...


5-04-2018, 13:28. Yazar: admin
"Loğman" klinikasının rəhbərliyi ilə bağlı ŞOK İDDİA - Komaya saldıqları qadının əri ilə gizli anlaşma...
Dünən DİA.AZ olaraq Bakıda, Nizami rayonunda fəaliyyət göstərən "Loğman" klinikası və onun rəhbərliyi ilə bağlı ilginc faktları diqqətinizə çatdırmışdıq. Belə ki, gürcü əsilli Lika xanım Şixiyevanın rəhbərlik etdiyi bu klinikada insan sağlamlığının keşiyində dayanma kimi prinsipin bəlkə də ən sonuncu məqamda dayandığı şikayətçilərin təqdimatı ilə faktlarla öz təsdiqini tapırdı.

Bu dəfə isə DİA.AZ-ın əldə etdiyi bilgilər bütün ölkədə ŞOK yaradacaq, bunu istisna etmirik. Belə ki, redaksiyamıza verilən məlumatlardan aydın olur ki, təxminən 10 ay əvvəl "Loğman" klinikasına bir qadın abort əməliyyatı üçün müraciət edir. Mənbənin dia.az-a söylədikləri:

"Həmin qadın ginekoloq Adilə xanıma müraciət edir. "narkoz" həkimi Eldəniz doktor olur. Və əməliyyat zamanı xəstənin təzyiqi düşsə də, həkimlər gərəkən reaksiyanı verə bilmirlər və xəstə komaya düşüb və artıq 10 aydır ki, aparatda saxlanılır".

Mənbə iddia edir ki, bütün bu faktları ört-basdır etməyə çalışan "Loğman"ın rəhbərliyi xəstənin uzun müddətə saxlanılmasının baha olduğunu anlayaraq xəstə yaxını ilə - xəstənin həyat yoldaşı ilə "anlaşıblar". Mənbə bildirir: "Xəstənin həyat yoldaşına Günəşlidən 1 otaqlı ev aldıqdan sonra 10-15 gündür ki, onu "Loğman"dan çıxarıblar. Hər halda bu faktı hüquq-mühafizə orqanları araşdırmalıdır. Şünki söhbət insan həyatına qəsddən gedir və hətta yaxınları belə kiminsə həyatı ilə bağlı dəyişikliyə qərar verə bilməz".

Dia.az bildirir ki, xəstənin və onun həyat yoldaşının adları redaksiyamıza bəlli olsa da, etika xətrinə onların kimliklərini açıqlamırıq.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri dön