Ana Sayfa > Araşdırma / Manşet > “Bakcellsayağı” soyğunçuluq

“Bakcellsayağı” soyğunçuluq


17-08-2017, 15:46. Yazar: admin
“Bakcellsayağı” soyğunçuluq
“Bakcell“ və “Azercell“ şirkətinin yarıtmaz müştəri xidmətlərindən xeyli yazılsa da, bu şirkətlər nöqsanlı fəaliyyətlərinə son vermək bilmir ki, bilmir. Adıçəkilən şirkətlər hər gün vətəndaşları fırıldaq və müxtəlif variantlarla aldadaraq milyonlara sahib olurlar. Bəzən şikayət edəndə elə vətəndaşlarımız var ki, deyirlər, əşi fikir verməyin qəpik-quruşdur. Amma fikirləşmirlər ki, bu vətəndaşdan soyğunçuluq yolu ilə talanan qəpik-quruşlar sonda milyonlara çevrilir. Bu təkcə “Bakcell“ və “Azercell“ə aid deyil, demək olar ki, bütün xidmət sektoruna aiddir. “Bakcell“ və “Azercell“in bu qanunsuzluqları ilə bağlı Milli Məclisdə dəfələrlə deputatlar tərəfindən, mətbuatda və sosial mediada mütəmadi məsələlər qaldırlsa da, müsbət sonuc əldə edilməyib. Hətta bir sıra hallarda məhkəmə prosesləri nəticəsiz bitib.
Baş verən qanunsuzluqlarla bağlı “Bakcell” və “Azercell” şirkətinə rəsmi müraciət edilsə də, həmin şirkətlər baş verən problemlərdən məsuliyyətdən boyun qaçıraraq, onlarla əməkdaşlıq edən digər xidmət şirkətlərinin üzərində atırlar.
Elə bu günlərdə millət vəkili Fazil Mustafanın “Bakcell”dəki baş verən qanunsuzluq və soyuğunçuluqla bağlı qaldırdığı məsələyə verdiyi cavab kimi… Qeyd edək ki, deputat mobil operatorları abunəçilərdən oğurluq etməkdə qınayıb:
“Bakcell” və “Azercell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq üçün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki, bu bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, bu onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya bəy cavab verir ki, siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş sayılırsınız. Və beləcə xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı? Gözəlim məmləkətimizdə kim-kimi harada tutdu çəkinmədən soyur. Yəni, bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəşətli, rüsvayçı bir durumdu. “Stop” yazıb durdurmağa 2 AZN pul çıxılır.
Mobil operatorlar deyir ki, bizlik heç nə yoxdu. Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu şirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu smslərlə. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən sirkətlər az deyil. Ən sadə yolu etibar qazanmış səhifələrin xəbərlərini oxumaqdı. Vətəndaşı ən mədəni formada belə soyurlar… Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə… Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək sms vurub qazan doldururlar”.
Məsələ ilə bağlı “Bakcell”in korporativ kommunikasiya bölməsinin məsələyə reaksiyası da özünə məxsus və maraqlı olub. Şirkətdən bildirilib ki, “Bakcell” MMC mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərməklə qanunazidd olan istənilən əməliyyatların həyata keçirilməsinin əleyhinədir: “Bunu nəzərə alaraq “Bakcell” bütün tərəfdaşlar ilə müqavilə bağladıqda abunəçilərin istəyi olmadan onlara hər hansı əlavə xidmətlərin göstərilməsi müqabilində balansdan pul çıxılmasına gətirib çıxara biləcək hallardan öz abunəçilərini qoruyur. Hər hansı kontent-provayderin fəaliyyətində mövcud razılaşmalara və qanunvericiliyin tələblərinə zidd olan hərəkətlər aşkar olunduqda “Bakcell” öz abunəçilərinin maraqlarının təmin olunması məqsədilə həmin kontent-provayderə qarşı sərt tədbirlər görür. Onu da qeyd etmək istəyirik ki, “Bakcell” abunəçilərinin kontent-provayderlərin təqdim etdiyi istənilən xidmətdən abunəçiliyi pulsuz ləğv edilir”.
Şirkətdən həmçinin qeyd edilib ki, “Bakcell” MMC ilə hər bir kontent-provayder arasında imzalanan standart müqavilənin 3.1.22-ci bəndinə əsasən “kontent-provayder xidmətin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq hüquqa, o cümlədən əqli hüquqlar, müəllif hüquqları, patent və aidiyyəti hüquqlara dair qanunvericiliyin tələblərinə cavab verilməsi üçün məsuliyyət daşıyır”. Başqa sözlə, kontent-provayderlərin təqdim etdiyi xidmətlər müqabilində abunəçilərin balansından çıxılan vəsaitə görə bütün məsuliyyəti həmin xidməti təklif edən sayt və texniki dəstək göstərən əlaqələndirici kontent-provayder daşıyır. Belə ki, abunəçinin daxil olduğu saytda göstərilən xidmətlərə görə məsuliyyət həmin saytın rəhbərliyinə və abunəçi ilə sayt arasında əlaqələndirici olan, yəni texniki dəstək göstərən kontent-provayderin üzərinə düşür.
Qeyd olunan xidmətlərə görə xidmət haqqı mobil operator və kontent-provayder tərəfindən müəyyən olunan qiymət limitləri əsasında xidməti göstərən saytın rəhbərliyi (fiziki və ya hüquqi şəxs) tərəfindən təyin edilir”.
Bax, “Bakcell” bu yolla məsuliyyətdən yaxasını qurtararaq günahı başqasının üzərinə atıb. Bu cavab onun bariz göstəricisidir. “Bakcell” digər problemlərə bağlı müraciətlərə bax belə cavab verir və müştərini başından edir.
Millət vəkilinin qaldırdığı bu problemdən sonra “Bakcell” yenə də xidmətində müsbətə doğru dəyişiklik etmək əvəzinə sanki əhalidən qısas almaq niyyətinə düşüb.
Elə bu gün tanınmış jurnalit, istisadçı alim Mahir Zeynalov da “Bakcell”də baş verən qanunsuzluqdan yazıb. O öz “Facebook” səhifəsində “Bakcell”in bu cür qanunsuzluğundan boğaza yığıldığını və onun xidmətlərindən imtina etmək qərarına gəldiyini bildirib: “Mən artıq “Bakcell” şirkətinin xidmətlərindən imtina etməyə hazırlaşıram. Çünki şirkət mənim nömrəmdən kontur yeyən soyunğunçu xidmət göstərənlərə şərait yaradır. İndicə “Bakcell”in Məlumat Mərkəzinin agenti Tahir Yusifova deyirəm ki, mənim nömrəmdən kontur silən həmin xidmətləri bağlayın, deyir bunu biz edə bilmərik. Özünüz onları tapın və kontur silən xidmətlərini bağlatdırın”.
Bax, bu da “Bakcell”in müştəriyə olan növbəti sayğısız münasibəti və göstərdiyi xidmət səviyyəsinin nümunəsi?!
Bu problemlərdən yorulan M.Zeynalov dərdini deməyə yer də tapmadığından şikayətlənib “Görəsən dərdimizi kimə deyək? Deputat da bu məsələni qaldırdı bir xeyri olmadı…”
İlkin Piranov adlı “Facebook” istifadəçisi də “Bakcell”in sərhədyanı rayonlarda, bölgələrdəki fırıldağı və soyğunçuluğu haqqında yazıb. “Bu “Bakcell” tamamilə ağını çıxarıb. Mən də belə problemlərlə üzləşmişəm”.
İ.Piranov bununla yanaşı, “Bakcell”in sərhəd rayonlarındakı qanunsuzluğundan söz açaraq bildirib ki, bu da sərhədyanı bölgələrdə yaşayan “Bakcell” müştərilərinin bir çoxundan rouminq tarifi ilə danışıq həyata keçirilir. O deyib ki, bununla bağlı müraciət edilsə də bu problem həllini tapmır: “Belə ki, Azərbaycanda olduğumuz halda rouminq xidməti aktivləşir və danışıqlar rouminq tarifinə uyğun həyata keçirilir və vətəndaşdan daha çox pul çıxırlar. Müraciət etdikdə isə deyirlər ki, rouminqi baglayın.Telefondan başı çıxmayan, yaşlı biri nə bilsin ki, kənddə oturduğu yerdə Gürcüstan tarifi ilə ödəniş edir. Bunu ancaq çox az adam bilir”.
“Bakcell” bu yolla vətəndaşın bilgiziliyindən istifadə edib və yaxud da qəsdən soyuğunçuluq edib milyonlar qazanır. Amma buna “dur” deyən olmur ki, olmur. Görəsən, adiyyatı dövlət qurumları nə zamansa bu şirkətlərə “dur” deyən zaman olacaqmı?! Axı bu bir deyil, iki deyil.
“Bakcell” və “Azercell”in qanunsuzluqları gündəlik baş verir və müştərilərə qarşı soyğunçuluğu davam edir.
Vətəndaş məhkəmənin nəticəsində inamı olmadığından və ya üzücü bir proses olduğundan problemin hüquqi müstəvidə həllinə elə də maraq göstərmir.
Mürtəza Bünyadlı
Gununsesi.info

Geri dön