Ana Sayfa > Araşdırma > Azərbaycan öz gücünü dünyaya göstərdi
Azərbaycan öz gücünü dünyaya göstərdi6-04-2016, 09:32. Yazar: admin |
4 gün ərzində Azərbaycan bütün dünyaya öz ordusunun gücünü nümayiş etdirdi.bu 4 gün ərzində cəbhəboyu rayonlarda gərginlik yaşandı.Təmas xəttində isə qızğın döyüşlər getdi.sanki 24 il əvvəlki ssenari təkrarlanırdı.Amma bu dəfə hər şey fərqli oldu.Əvvəlcə strateji əhəmiyyətli yüksəklikləri silahlı qüvvələrimiz nəzarətinə keçirdi.Bununla da bütün cəbhə boyu Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsini ələ almaqla əsas yüksəkliklərə sahib oldular. 4 günlük müharibə şəraitində qazancımızla bərabər itkilərimiz də oldu. Torpaqlarımızın azadlığı uğrunda əllərində silah mübarizə aparan 31 igid əsgərimiz şəhid oldu! 1 helikopterimiz vuruldu. Ermənistanın isə 300-dən çox canlı qüvvəsi məhv edilib. 50-dən artıq texnikası sıradan çıxarılıb. 2 strateji qərargahlarını darmadağın eləmişik. Qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib, pilotsuz uçan aparatı göydə vurulub. Arxa cəbhədə isə əsgərlərimizə dəstək aksiyaları keçirildi, könüllülər müdafiə nazirliyinə müraciət etdi, yaralı əsgərlərimizə qan vermək üçün insanlar xəstəxanalara axışdı, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar Ermənistan səfirlikləri qarşısında nümayiş keçirdilər, yürüş etdilər. 1992-ci ildə cəbhə bölgəsində olduğu kimi Azərbaycanın ilk müstəqil televiziyası ANS bu dəfə də ön cəbhədəydi. ANS şirkətlər qrupunun prezidenti öz kabinetində yox, əlində kamera, mikrafon - cəbhə bölgəsindəydi. ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev də səngərdəydi. Düşmən gülləsinə tuş gəlmişdilər az qala. Bu dəfə onları Milli qəhrəmanımız Çingiz Mustafayevin yadigarı, oğlu - Fuad tək buraxmamışdı. 24 il əvvəl də bu torpaqlardan ilk görüntüləri bu insanlar çəkirdi, bu dəfə də bu missiyanı onlar öz üzərlərinə götürmüşdülər. Artıq ikinci dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin canlı şahidinə çevrilən Vahid Mustafayev illər arasındakı fərqi belə izah edir: “Yadımdadı, qabaqlar belə zərbələr nəticəsində dağıdılan mülki obyektləri, əsasən də ölən və yaralı vətəndaşları görən onların yaxınları və qalan əhali narazılıq edirdi və nəticədə Azərbaycan ordusu məqsədinə çatmadan döyüşü dayandırırdı. Bu dəfə artıq belə olmadı. Bir tərəfdən artilleriya zərbələri və onların nəticəsində dağıntılara və ölüm hallarına əhalinin münasibəti fərqli oldu. Hamı bir nəfər kimi öz dövlətinin gücünə inanaraq əksinə qisas almaq tələbini irəli sürürdü, ordu isə Tərtər əvəzinə - Ağdərə, Horadiz əvəzinə isə Hadrut və Xankəndi yaşayış məntəqələrinə artilleriya atəşi ilə xəbərdarlığını çatdırdı. Həmin an erməni tərəfi Azərbaycan şəhər və kəndlərinə artilleriya zərbələrini dayandırdı. Ümummilli qüvvələrimizi səfərbər edib Baş Komandan İlham Əliyevin əmrini alan kimi uşaqlı-böyüklü, qadınlı-kişili ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu.” Yeri gəlmişkən Vahid Mustafayev bu dəfə qızğın döyüşlərdən kadrlar çəkməklə yanaşı, qaynar nöqtədən geri döndükdən sonra ANS-Pressdə bu barədə geniş məqalə də yazdı. “Cəbhədə əslində nə baş verdi?” başlıqlı yazıda əslində çox suallar cavablandırılıb. Geri dön |