Ana Sayfa > Araşdırma > Nazir şikayətçini qəbul otağından qovdurub - Şikayət məktubu
Nazir şikayətçini qəbul otağından qovdurub - Şikayət məktubu25-01-2016, 09:16. Yazar: admin |
İqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 22-də Saatlıda keçirdiyi vətəndaşlarla qəbulda qalmaqal baş verib. “Azadlıq” qəzetinin xəbərinə görə, Ramil Hüseynov adlı şikayətçi nazirin onu qəbulundan qovduğunu bildirib. R. Hüseynovun atası, Ağdamdan məcburi köçkün Əli Hüseynov bildirib ki, oğlu sahibkarlıq fəaliyyətilə məşğuldur: “Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fonduna müraciət edərək kredit istəyib. Lakin fondun rəhbəri Şirzad Abdullayev ondan “şapka” tələb edib. Oğlum bu tələbi yerinə yetirmədiyinə görə artıq bir il yarımdır ki, Şirzad Abdullayev onun hüquqlarını pozur, sahibkarlıq fəaliyyətinə maneə yaradır. Bu məsələdən iqtisadiyyat naziri Şahin Mustafayevin də xəbəri var. Şirzad Abdullayev Şahin Mustafayevin yaxın adamı olduğuna görə onun barəsində heç bir tədbir görmür”. Ə. Hüseynov qeyd edib ki, qəbula yazılıblar və digər şikayətçilər kimi növbələrini gözləyiblər: “Oğlumun növbəsi yaxınlaşanda özünü polis kimi təqdim iki nəfər mülki geyimli şəxs oğlumun qolundan tutaraq bayıra çıxmasını tələb etdi. Oğlum bildirdi ki, mən şikayətçiyəm və heç bir qanunu pozmamışam, ona görə də məni qəbul otağından çıxarmağa ixtiyarınız yoxdur. Onların cavabı isə belə oldu: “Biz kimik ki?! Bizə rəhbərlik tapşırıb ki, qəbul otağında Hüseynov Ramil adlı şəxs var, onu oradan uzaqlaşdırın. Bizə məlum oldu ki, polislərlə bizi üz-üzə qoymaq istəyən Şirzad Abdullayevdir”. Ə. Hüseynov qeyd edib ki, oğlu özünə qəsd etmək istəyir və o, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Geri dön |