Ana Sayfa > Xəbər > Vəfa Quluzadə həqiqətləri dünyanın üzünə belə çırpırdı (VİDEO)

Vəfa Quluzadə həqiqətləri dünyanın üzünə belə çırpırdı (VİDEO)


2-05-2015, 12:50. Yazar: admin
Vəfa Quluzadə həqiqətləri dünyanın üzünə belə çırpırdı (VİDEO)
Dünən vəfat edən Azərbaycanın görkəmli fikir adamı, politoloq Vəfa Quluzadə cəsarətli fikirləri ilə tanınırdı.

Bir çoxları onu ancaq Rusiyanı tənqid edən Qərbpərəst siyasətçi adlandırsa da, Vəfa Quluzadənin ABŞ və Avropaya qarşı sərt fikirləri də olub.

Avropa.info xəbər verir ki, 2012-ci ildə "Azadlıq" radiosunun verlişlərindən birinə qatılan Vəfa Qulluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edib.

Hazırda həbsdə olan Xədəcə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə, adı çəkilən radionun dolayısı ilə erməniləri dəstəklədiyini bildirib.

Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün, Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir. Bundan sonra Vəfa Quluzadə Azadlıq radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.

Vertikal.az 2012-ci ildə lentə alınmış həmin audionu təqdim edir:



Geri dön