Ana Sayfa > Xəbər > Gürcüstan XİN başçısı koronavirusa yoluxub

Gürcüstan XİN başçısı koronavirusa yoluxub


26-01-2021, 23:08. Yazar: admin
Gürcüstan XİN başçısı koronavirusa yoluxub

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin koronavirusa yoluxduğu təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat yayıb.

D.Zalkaliani özünü hazırda yaxşı hiss etdiyini və ev şəraitində müalicə olunduğunu qeyd edib.

XİN başçısı COVID-19-a yoluxan şəxslə təmasda olduğunu bildirib.
Geri dön