Ana Sayfa > Xəbər > Azərbaycan ordusu atəşkəsi pozmayıb - MN erməni KİV-in iddialarını təkzib etdi

Azərbaycan ordusu atəşkəsi pozmayıb - MN erməni KİV-in iddialarını təkzib etdi


13-01-2021, 17:51. Yazar: admin

Azərbaycan ordusu atəşkəsi pozmayıb - MN erməni KİV-in iddialarını təkzib etdi
Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

"Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb".
Geri dön