Ana Sayfa > Xəbər > Sergey Lavrov və Sergey Şoyqu Ermənistanda səfərdədir

Sergey Lavrov və Sergey Şoyqu Ermənistanda səfərdədir


21-11-2020, 12:34. Yazar: admin
Sergey Lavrov və Sergey Şoyqu Ermənistanda səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkənin qurumlararası nümayəndə heyəti ilə birlikdə Ermənistana gedib.

APA xəbər verir ki, bu barədə “Sputnik”ə nümayəndə heyətindən məlumat verilib.

Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfər edəcəyini bildirmişdi.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

APA-nın məlumatına görə, Ermənistanın Nazirlər Kabinetindən TASS-a bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.
Geri dön