Ana Sayfa > Xəbər > Gəncə istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilib

Gəncə istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilib


20-10-2020, 19:18. Yazar: admin
Gəncə istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilib

Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ötən günlərdə olduğu kimi, döyüşlərdə ordumuz tərəfindən sarsıdıcı zərbələr alaraq geri oturdulan düşmən xislətinə sadiq qalaraq yenə də yaşayış məntəqələrimizi hədəfə almağa cəhd göstərir.


Geri dön