Ana Sayfa > Xəbər > BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək


29-09-2020, 05:02. Yazar: admin

BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.

"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbə deyib.

Məlumata görə, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edəcək.
Geri dön