Ana Sayfa > Xəbər > İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

İlham Əliyev sinqapurlu həmkarını təbrik edib


8-08-2020, 16:25. Yazar: admin
İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".
Geri dön