Ana Sayfa > Xəbər > Gürcüstandan 300-dən çox azərbaycanlı təxliyə olunur

Gürcüstandan 300-dən çox azərbaycanlı təxliyə olunur


8-08-2020, 10:37. Yazar: admin
Gürcüstandan 300-dən çox azərbaycanlı təxliyə olunur

Gürcüstanda daha 352 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi prosesi başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

Onların hamısının ötən gün koronavirusla bağlı verdikləri testlərin cavabı neqativ çıxıb. Həmin şəxslərin 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı aldıqdan sonra saat 10:00-da 6 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vasitəsilə min nəfərdən çox azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub.


Geri dön