Ana Sayfa > Xəbər > BDU-nun müəllimi vəfat etdi

BDU-nun müəllimi vəfat etdi


15-07-2020, 11:56. Yazar: admin
BDU-nun müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə elmlər doktoru Mövsüm Mövsümov 65 yaşında vəfat edib.

Bu barədə “Report”a ali məktəbin Hüquq fakültəsinin dekanı Əmir Əliyev məlumat verib.

Onun sözlərinə görə, M.Mövsümov bir neçə gün əvvəl onkoloji xəstəlikdən əməliyyat olunubmuş.

“Yaxınlarının bildirdiyinə görə, əməliyyatdan bir neçə gün sonra Mövsüm müəllimin vəziyyəti ağırlaşıb və dünyasını dəyişib”, - Ə.Əliyev bildirib.

Qeyd edək ki, hüquq üzrə elmlər doktoru M.Mövsümov 1955-cı ildə Fizuli rayonunda anadan olub.

1987-ci ildən Bakı Dövlət Universitetində müəllim işləyib.
Geri dön