Ana Sayfa > Xəbər > “AvtoVAZ” şirkəti "Lada" markası ilə NİVA avtomobilinin istehsalına başlayıb

“AvtoVAZ” şirkəti "Lada" markası ilə NİVA avtomobilinin istehsalına başlayıb


11-07-2020, 07:58. Yazar: admin
“AvtoVAZ” şirkəti "Lada" markası ilə NİVA avtomobilinin istehsalına başlayıb

“AvtoVAZ” şirkətinə daxil olan “Lada West Toliatti” (keçmiş GM-AvtoVAZ müştərək müəssisəsi) “Lada” markası altında NİVA avtomobillərinin istehsalına başlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Sükanın üzərində və maçının ön hissəsində əks olunan “Lada” loqosuna dəyişiklik edilərək üçölçülü qayıq şəklində dizayn edilib.
Geri dön