Ana Sayfa > Xəbər > “Nar”-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə

“Nar”-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə


8-11-2018, 16:00. Yazar: admin
“Nar”-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə
Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir. Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.

Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.

Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Vertikal.Az

Geri dön