Ana Sayfa > Xəbər > "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" mövzusunda tədbir keçirilib

"Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" mövzusunda tədbir keçirilib


17-07-2018, 13:30. Yazar: admin
"Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" adlı layihə çərçivəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq mövzunun aktuallığını qeyd edib, rayonda məsələyə kompleks yanaşıldığını, təhsil, mədəni-maarif ocaqları ilə yanaşı burada fəaliyyət göstərən bütün kollektivlərdə məsələnin diqqətdə saxlanıldığını, medianın imkanlarından geniş istifadə edildiyini nəzərə çatdırıb. Düşmənlə bir addımlıqda yerləşən Tərtər rayonunda vətənpərvərlik mövzusunda keçirilən bu kimi tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

"Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" layihəsi barədə geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal, informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin təşkilindən, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki fəaliyyətinə dəstək olmaqdan, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatını gücləndirməkdən, mövcud prosesə əlavə stimul verməkdən ibarətdir. Tədbirdə layihənin eksperti Seymur Verdizadə, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, ”Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndəsi Həcər Xeyri çıxış edərək belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini vurğulayıblar.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilib,qarşılıqlı fikir mübadiləsi aparılıb.
Vertikal.Az

Geri dön