Ana Sayfa > Xəbər > Ədalətli olmağa çalışın!

Ədalətli olmağa çalışın!


7-07-2018, 07:42. Yazar: admin
Ədalətli olmağa çalışın!
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı törədilən silahlı basqından günlər keçir. Xoşagəlməz insident baş verib. Ölkənin hüquq-mühafizə orqanları araşdırma aparır. Qanunlarımızın aliliyinə güvənirik. İnananırıq ki, bu terror aktının arxasında olanlar layiqli cəzalarını alacaqlar. Mən, ömrünü müəllimlik peşəsinə həsr etmiş biri olaraq başqa bir məsələ çox narahat edir. Bu da bəzi qüvvələrin ölkədəki sabitliyi pozmaq niyyətləridir. Belələri niyə özlərini korluğa vururlar?

Yevlaxa olan sonsuz sevgisi Elmar Vəliyevi həmyerlilərinə bir daha sevdirdi. Onun əməyi sayəsində Yevlax dövlət başçısının dediyi kimi, Avropanın ən inkişaf etmiş şəhərlərindən birinə çevrildi. Onun Gəncədə həyata keçirdiyi işlərin də miqyası kifayət qədər böyükdür. İndi bu Vətən üçün heç bir fəaliyyəti olmayan insanlar məqam bu məqam deyib ağızlarına gələn hədyanları danışır, yazırlar. Belə miskinlərə azərbaycanlı deməyə utanıram.

Bulanıq suda balıq tutmaq iddiasında olanlar, dayanın, durun, vicdanınızın səsinə qulaq asın. Bu məmləkət, bu dövlət, bu xalq üçün edilən fədakarlıqları qiymətləndirməyi bacarmırsınızsa, ən yaxşı halda susun. Müstəqillik yaşı çox az olan ölkəmizi istəməyənlərin, inkişafımızı gözü götürməyənlərin dəyirmanına su tökməyin. Elmar Vəliyev bir Azərbaycansevər, dövlətçil insandır, ona sağlamlığına tezliklə qovuşmasını və gərəkli fəaliyyətini davam etdirməsini arzulayırıq.

Qiyas QULİYEV,
Yevlax sakini.
Vertikal.Az

Geri dön