Ana Sayfa > Xəbər > Sayqılığımızı itirməyək!

Sayqılığımızı itirməyək!


7-07-2018, 07:38. Yazar: admin
Sayqılığımızı itirməyək!
Bu günlərdə ölkəmizdə enerjinin verilməsində yaranan fasilə, elə həmin günlərdə ölkəmizin ikinci ən böyük şəhəri Azərbaycanin mədəniyyət mərkəzi sayılan Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd, bundan sonra sosial şəbəkələrdə haqqı olan , olmayan insanların həqiqətdən uzaq şərhlərini oxuyanda böyük təəssüf hissi keçirdim.Niyə? Mənim 80-ə yaxin yaşım var. Ömrümün böyük bir hissəsini , daha dəqiqi, 55 ilini Yevlxda keçirmişəm. Burada Şəhər Sovetinin sədri, digər məsul vəzifələrdə çalışmışam. Elmar Vəliyevin bütün şəcərəsi haqqinda məlumatlıyam. Rəhmətlik babasını, atası el ağsaqqalı Rüsdəm kişini yaxşı tanimişam. Bu ailənin hazirda müxtəlif vəzifələrdə vətəni , xalqı, dövləti üçün ləyaqətlə xidmət edən övladları mənim gözümün qarşısında böyüyüblər. Elmar Vəliyev Yevlaxa icra başçısı təyinin olunduğu ilk gündən burada elə köklü dəyişikliklərə start verdiki onları bir adama yaxud onun ətrafının çox qısa müddətdə həyata keçirməsi müşkül olardı. Məhz öz həmyerliləri ilə birgə , əl -ələ . çiyin- çiyinə gecəli-gündüzlü çalışmaqla bu insan gözlərimiz qrşısında tamamilə yeni bir Yevlax yaratdı. Təsadüfi deyil ki, təyinatından cəmi 2 ay keçəndən sonra rayona səfər edən ölkə başçısı burada görülən işləri yüksək dəyərləndirdi.

Həmyerlimizin Gəncə şəhərinə icra başçısı təyin olunması hər bir yevlaxlı üçün fəxr idi. Bunu mən yox, Gəncəyə yolu düşən hər bir kəs etiraf edir ki, Gəncə 7-8 il əvvəlki Gəncə deyil. Az vaxtda şəhər elə zövqlə tikilib . adablaşdırılıb ki, bunu ancaq yüksək vətəndaşlıq duyğusu olan, xalqını , millətini seven insan edə bilərdi.

Arzuolunmaz hadisə baş verib. Bu hər birimizi məyus edir. Amma daha artıq məyusedici hal ayrı-ayrı məkirli insanların həqiqətdən uzaq, çox halda isə tərbiyədən, əxlaqdan kənar meydan sulaması. Fikir yayindirmasidir.

Haqq nazilər, amma üzülməz. Mən bir ağsaqqal , bir ziyallı olaraq çox pis nəticələrə hesablanmış bu cür hallara son qoymağı xaiş edirəm.Bunu məndən həm də həmyerlilərim tələb edir.

Knyaz Əliyev,
Yevlax Şəhər sakini
Vertikal.Az

Geri dön