Ana Sayfa > Xəbər > Harri ilə Meqan cütlüyü ənənəni pozdu

Harri ilə Meqan cütlüyü ənənəni pozdu


7-06-2018, 08:11. Yazar: admin
Harri ilə Meqan cütlüyü ənənəni pozdu
19 May tarixində Şahzadə Harri və keçmiş aktrisa Meqan Markle cütlüyü möhtəşəm toy mərasimi ilə evlənib.

Cütlük, xalqı ilk dəfə Kraliça ikinci Elizabetin 92-ci doğum günündə salamlayacaq.

Cütlüyün eyvana ilk dəfə çıxacaq olması sarayın qanunlarını yıxmaq deməkdir. Belə ki, Londondan kənarda evlənib, “Buckingham” sarayında parti təşkil etməyən cütlük kraliyyətin ənənəsini pozub.

“Buckingham” sarayının eyvanı tarix boyu önəmli yerə sahib olub. Cütlüyə olan maraqdan dolayı salamlama mərasiminə çox sayda insanın qatılacağı təxmin edilir.

Digər tərəfdən bu mərasim Meqanın kraliyyət ailəsinə qəbul olunduğunu bildirir.

Geri dön