Ana Sayfa > Xəbər > Qaradağlı kəndində səyyar-qəbul görüş keçirilib

Qaradağlı kəndində səyyar-qəbul görüş keçirilib


2-03-2018, 13:01. Yazar: admin
Qaradağlı kəndində səyyar-qəbul görüş keçirilib
Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Qaradağlı kəndində keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Qaradağlı kəndində səyyar-qəbul görüş keçirilib

Sonra vətəndaşların müraciətləri dinlənilib. Qarabağ müharibəsi veteranı Elbrus Sadıqov çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışıb qeyd edib ki, rahat yaşayırıq, qaz, işıq, içməli su problemimiz yoxdur. Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun çəkilməsi kənd sakinlərinin məhsullarını vaxtında və itkisiz mənzilbaşına çatmasına şərait yaradır. Sakinlərdən Mehman Qaçayev, Eldəniz Ələsgərov, polis veteranı Nəriman Sadıqov, Çərkəz Nağıyev, Məcid Paşayev və Həyat Şahbazova sel sularının axıdılması üçün çəkilmiş Yaranal arxının üzərində körpü salınması, Qaradağlı kənd tam orta məktəbinin həyətinin asfaltlanması, 3 kədə xidmət edən poçt şöbəsinə əlavə ştatın verilməsi, həyətlərdən keçən ümumi su arxlarının doldurulmasının qarşısının alınması, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının vurulması, Qaradağlı kənd tam orta məktəbin qarşısından keçən Tərtər-Goranboy avtomobil yolunda surət tənzimləyən yol nişanlarının qoyulması və digər məsələlər barədə müraciətlər ediblər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər
Vertikal.Az


Geri dön