Ana Sayfa > Xəbər > Müəllimlərə daha bir şans

Müəllimlərə daha bir şans


10-01-2017, 08:24. Yazar: admin
Müəllimlərə daha bir şans
Bu gün ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlar 2 gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.

İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcəklər. Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.

Geri dön