Azərbaycan məhsulları Qətərə ixrac olunur
Tarix: 25-01-2021, 18:26 | Çap et
Azərbaycan məhsulları Qətərə ixrac olunur

Azərbaycan məhsulları Qətərə ixrac olunur.

İqtisadiyyat Nazirliyi tərəfindən verilən məlumata əsasən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlarımız tərəfindən müasir üslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib.

“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.

Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net