Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub
Tarix: 15-01-2021, 15:06 | Çap et
Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.

Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

N.Məmmədli bu vəzifəyə qədər nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.

Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O, eyni zamanda nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net