Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...
Tarix: 28-12-2020, 13:34 | Çap et
Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...

"Yeni ildə yeniliklər çox olacaq. Hakimiyyət hələ Vətən Savaşından öncə həyata keçirdiyi siyasi və kadr islahatlarını davam etdirəcək". Bu barədə DİA.AZ-a danşıan mötəbər mənbə bildirir ki, bu əsnada onlarla rayon "padşahı" görəvindən alınacaq, həbs olunanlar da olacaq.

Mənbənin dia.az-a söylədikləri: "Konkret olaraq 12 icra başçısının vəzifəsindən alınması və yaxud da həbsi gözlənilir. Ciddi tədarük var və yeni ildən bu istiqamətdə canlanma müşahidə olunacaq".

Qeyd edək ki, gələn ilin hədəfi olan rayon rəhbərləri ilə bağlı dia.az-a siyahı da daxil olub. Siyahını təqdim edirik:

1. Astara RİH rəhbəri Qəzənfər Ağayev;
2. Lerik RİH rəhbəri Rövşən Bağırov;
3. Ağcabədi RİH rəhbəri Rafil Hüseynov;
4. Masallı RİH rəhbəri Şahin Məmmədov;
5. Qusar RİH rəhbəri Şair Alxasov;
6. Beyləqan RİH rəhbəri Asif Aöayev;
7. Tərtər RİH rəhbəri Müstəqim Məmmədov;
8. Şuşa RİH rəhbəri Bayram Səfərov;
9. Füzuli RİH rəhbəri Alı Alıyev;
10. Goranboy RİH rəhbəri Məhərrəm Quliyev;
11. Gədəbəy RİH rəhbəri İbrahim Mustafayev;
12. Samux RİH rəhbəri Alı Qocayev.

Qeyd edək ki, adları çəkilənlərin əksəriyyəti keçmiş PA rəhbəıri Ramiz Mehdiyevin kadrı hesab olunur. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net