İtaliya səfiri Pərviz Şahbazovla görüşüb
Tarix: 24-11-2020, 18:07 | Çap et
İtaliya səfiri Pərviz Şahbazovla görüşüb

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari bu gün Hökumət binasında Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə nazir P. Şahbazovun İtaliya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi rolu baxımından ikitərəfli gündəliyin əsas iqtisadi məsələləri müzakirə edilib.

“Xüsusilə, Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında Romaya Dövlət Səfəri zamanı baş tutan bəzi böyük ikitərəfli əməkdaşlıq layihələrinin icrası nəzərdən keçirildi, enerji və infrastruktur sahəsindəki mümkün yeni əməkdaşlıqlara da nəzər yetirildi. Tərəflər müxtəlif konkret layihələrin müsbət irəliləməsindən məmnunluqlarını ifadə etdilər və İtalya şirkətləri ilə Azərbaycan şirkətləri arasında mövcud olan bəzi ticarət məsələlərini həll etmək üçün əməkdaşlığa hazır olduqlarını bildirdilər. 2021-ci ildə Bakıda keçiriləcək İtaliya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının əsasını qoymaq vacibdir”, - deyə məlumatda qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net