Ceyhun Bayramov ilə fransalı həmkarı arasında telefon danışığı olub
Tarix: 19-10-2020, 18:58 | Çap et
Ceyhun Bayramov ilə fransalı həmkarı arasında telefon danışığı olub

19 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Nazir Ceyhun Bayramov atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə Fransa Xarici İşlər Nazirinə məlumat verdi.

O qeyd etdi ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəf aldığını göstərir.

Nazir humanitar atəşkəsin pozmaqla bir daha Ermənistanın beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.

Nazir Jean Yves Le Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Ceyhun Bayramov bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net