Ənənəvi olaraq Davosda təşkil edilən forum koronavirus pandemiyası səbəbindən təxirə salınıb
Tarix: 8-10-2020, 11:18 | Çap et
Ənənəvi olaraq Davosda təşkil edilən forum koronavirus pandemiyası səbəbindən təxirə salınıb

Ənənəvi olaraq Davosda təşkil edilən Dünya İqtisadi Forumu koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

INTERFAX.RU xəbər verir ki, Dünya İqtisadi Forumunun (DİF) 2021-ci ilin yanvarında Davosda keçirilməli olan illik toplantısı 18-21 may 2021-ci il tarixində İsveçrənin Lütsern şəhərində reallaşacaq.

“Toplantı iştirakçıların və yerli əhalinin sağlamlığını və təhlükəsizliyini təmin edəcək bütün qaydaların yerinə yetirilməsi şərti ilə baş tutacaq”, - deyə DİF-in açıqlamasında belə bildirilir.

Mövzusu “Yeni böyük başlanğıc” olan sessiyada koronavirus pandemiyasının səbəb olduğu böhrandan sonra iqtisadiyyatın bərpa yollarının inkişaf etdirilməsi daxil olmaqla, əsas qlobal problemlərin həlli yollarının tapılması müzakirə ediləcək.

DİF hər il Davosda təşkil olunan iclasın avqust ayında təxirə salındığını elan etmişdi, lakin tarix və əlavə mövzular barədə açıqlama verməmişdi. Maydakı iclasdan əvvəl dünya liderlərinin dünyadakı vəziyyətlə bağlı fikirlərini bölüşəcəkləri “Davos dialoqları” onlayn qaydada 2021-ci il yanvar 25-də reallaşacaq. DİF 2022-ci ildə illik toplantısını Davosda keçirə biləcəyinə ümid edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net