Əli Həsənova məxsus bina boşaldılır
Tarix: 17-09-2020, 11:27 | Çap et
Əli Həsənova məxsus bina boşaldılır

Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.

Yenisabah.az-a daxil olan məlumatlara görə, yaxın günlərdə BMM-in binasının boşaldılmasına başlanılacaq.

Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı.

Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.

BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media qurumları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Məlumatlarda qeyd edilir ki, Əli Həsənov təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər.

Xəbərə görə, bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net