XİN: Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq
Tarix: 7-08-2020, 15:36 | Çap et
XİN: Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi "Twitter" hesabında bildirib.

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
01-10-2020 03:58
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net