Subbakalavrların ali məktəblərə sənəd qəbulu başa çatıb
Tarix: 15-07-2020, 12:14 | Çap et
Subbakalavrların ali məktəblərə sənəd qəbulu başa çatıb

Subbakalavrların ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, ali təhsil müəssisələrinə daxil olmaq üçün qeydiyyatdan keçən şəxslərin sayı 17502-dir.

Qeyd edək ki, subbakalavrların sənəd qəbulu iyunun 1-dən başlamışdı.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net