“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
Tarix: 2-06-2020, 09:57 | Çap et
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Üzeyir Aslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda anket mıəlulatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 10-na təyin edilib.

Qeyd edək ki, Ü.Aslanov barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham evrilib.

Bundan əvvəl “Bakı Lift Təmir-2" İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımov barəsində də eyni əmələ görə ittiham verilib və onların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net