Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... - ADY-nin pulumu qurtarıb?
Tarix: 2-06-2020, 09:21 | Çap et
Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... - ADY-nin pulumu qurtarıb?

"Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları əhalidən torpaqlarını sotu 160 manatdan satmalarını tələb edib".
Bu barədə Köhnə Xaçmaz kənd sakinləri Yeniavaz.com-a şikayət ediblər. Onların sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları vətəndaşlara aid torpağa daxil olaraq oradan dəmiryolu xəttinin keçəcəyini və bu səbəblə həmin torpaqların sotu 160 manat müqabilində satın alınacağını bildiriliblər. Sakinlər isə həmin kənddə torpaqların qiymətinin 500-600 manat arasında dəyişdiyini, təklif edilən məbləğin isə çox az olduğunu bildiriblər.
Mövzu ilə bağlı Xaçmaz rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Başçısının köməkçisi Turan Məmmədzadə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sərəncama əsasən dəmiryolu xəttinin Xudatdan Şahdağa çəkilməsi planlaşdırılır: "Qeyd edim ki, Köhnə Xaçmaz kəndindən dəmiryolu xəttinin keçməsi ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Layihənin Xudatdan keçməsi bildirilib, ora isə Köhnə Xaçmaz kəndindən 40 kilometr məsafədədir. Orada torpaqların satın alınması məsələsinə gəldikdə isə bu hər iki tərəfin qarşılıqlı razılığı əsasında olacaq.
Köhnə Xaçmaz kəndində torpağın sotu müqabilində sakinlərə 160 manat təklif edilməsi iddiası barədə məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan, bu məsələ ilə bağlı məlumatlarının olmadığını, araşdırdıqdan sonra xəbər verəcəklərini bildirdilər.
Daha sonra məsələ barədə ətraflı məlumat almaq üçün Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, dəmiryolunun Köhnə Xaçmaz kəndindən keçib-keçməyəcəyi hələ dəqiq deyil: "Şahdağ istiqamətində dəmiryolu xəttinin çəkilməsi məsələsi gündəmdədir ancaq bu barədə hələlik layihləndirmə gedir. Bu prosesin sonunda dəmiryolu xəttinin hansı ərazilərdən keçəcəyi dəqiqləşəcək".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net