Tezliklə ilk dron-taksilər istifadəyə veriləcək
Tarix: 28-05-2020, 13:21 | Çap et
Tezliklə ilk dron-taksilər istifadəyə veriləcək
Avtonom uçan obyektlər üçün platformalar təchiz edən çinli "EHang" şirkəti ilkə imza atıb.

Open.az xəbər verir ki, bir müddət əvvəl, pilotsuz taksi hazırlayan şirkət, "Çin Mülki Aviasiya Administrasiyası" ilə saziş bağlayaraq sərnişin daşınması üçün icazə alıb. Nümayəndəlik dron-taksinin uçuş sınaqlarına nəzarət etdikdən sonra, müsbət qərar verib.

Uçuşlar, iki nəfərli, 340 kq çəkisi və 260 kq ağırlığında yük daşıma qabiliyyəti ilə təmin edilən pilotsuz "EHang 216" dron-taksisi ilə həyata keçəcək. Pilotsuz cihazın maksumum sürəti 130 km/saat olub, uçuş müddəti isə ümumi 21 dəqiqə təşkil edir.

Qeyd edək ki, "EHang" şirkəti, "LN Holdings" adlı turistik şirkət ilə saziş bağlayaraq, "LN Hotel" qonaqlarının dron-taksidən istifadəsi üçün mehmanxananın ərazisində xüsusi poligon quraşdırmaq niyyətindədir.

Bunun üçün "EHang" şirkəti 2020-ci ildən kütləvi olaraq kopterin istehsalatına start verməyi planlaşdırır. 2021-ci ildən başlayaraq isə "EHang" şirkəti, pilotsuz cihaz ilə sərnişinlərin daşınmasını həyata keçirəcək.

Hal-hazırda dron-taksinin iki nəfərlik qiyməti 336 min ABŞ dolları məbləğində qərarlaşıb.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net