Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu
Tarix: 25-05-2020, 09:02 | Çap et
Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu

ABŞ prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsində onun yerinə statusların kim tərəfindən paylaşılmasından danışıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Full Measure" teleproqramının efirində bildirib.

Vaşinqton administrasiyasının rəhbəri həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.

Ağ Ev başçısının sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.

"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", - ABŞ prezidenti bildirib.

Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net