NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? - Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq
Tarix: 23-05-2020, 11:30 | Çap et
NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? - Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

"Report" xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsidir.

Qeyd edək ki, Naxçıvan MR-in Baş Naziri Əlövsət Baxşıyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub. MR Konstitusiyasına görə, Baş Nazir Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclis tərəfindən təsdiq olunmalıdır.

"AzPolitika.info"-ya daxil olan məlumata görə, Naxçıvanın yeni Baş Naziri vəzifəsinə Muxtar Respublikanın Baş Nazirinin müavini - Maliyyə naziri Səbuhi Hidayət oğlu Məmmədovun təqdimatı verilib.

Bu gün Ali Məclisin onun təqdimatını təsdiq edəcəyi gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net