Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə
Tarix: 13-06-2019, 13:49 | Çap et
Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə
Müştərilərinin rahatlığını və xidmət səviyyəsini daha da artırmaq məqsədilə, “Nar” satış nöqtəsi insanların daha çox olduğu məkanlarda da xidmət göstərməyə başlayır. Mobil operator “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli qəsəbəsində yerləşən filialında yeni satış nöqtəsini istifadəyə verib. Hipermarketdə yerləşən satış nöqtəsində “Nar” öz müştərilərinə müxtəlif təkliflərlə xidmət göstərəcək. Müştərilər bu məkanda “Nar” nömrələrini və Wi-FI ruterini ala, eyni zamanda SİM kart dəyişikliyi edə bilərlər. Gələcəkdə digər hipermarketlərdə də “Nar” satış nöqtəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, yeni satış nöqtəsi Xətai rayonu, Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən “Bravo” hipermarketində yerləşir. İş saatı isə həftənin bütün günləri, saat 10:00 –dan 19:00 – a qədərdir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net