Tərtərdə 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib
Tarix: 8-04-2019, 08:51 | Çap et
Tərtərdə 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib
Tərtər rayonunun Şıxarx qəsəbəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında rayon sakinləri ilə yanaşı, N saylı hərbi hissənin əsgərləri də iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində müsbət demoqrafik şərait bərqərar olub. Son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir.

Aksiya zamanı min ədəd həmişəyaşıl ağac, həmçinin 20 min ədəd dekorativ təkgöz kolu rəmzi olaraq 10 milyon formasında əkilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net