Şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 8-03-2019, 09:31 | Çap et
Şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Yuxarı Qaradağlı kəndindən olan şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad etdilər. Sonra Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirdi ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə, hər kəsin vətəndaşlıq borcudur. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir.

Tədbirdə Qapanlı kənd tam orta məktəbin direktoru, şəhidin müəllimi Fitat Əliyeva, qardaşı Etibar Qasımov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov çıxış edərək Zülfüqar Qasımovla bağlı xatirələrini bölüşərək onun yüksək əxlaqi keyfiyyətlərə malik olduğunu bildirdilər.

Qeye edək ki, şəhid Zülfüqar Qasımov Füzuli rayonunun Veysəlli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net