Tərtərdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilib
Tarix: 5-03-2019, 13:42 | Çap et
Tərtərdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə  əlaqədar tədbir keçirilib
Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi müəllimlər, idmançılar, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən futbol, valeybol, şahmat yarışlarının qalib komandalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Tərtər rayonunda da idman sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ötən il idmançılarımız beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfə məşqçi-müəllim Əməkdar məşqçi adına, bir nəfər gənc bokusçumuz isə idman ustası adına layiq görülüb. Hazırda rayonumuzda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisi aparılır.

Tədbirdə əməkdar məşqçi Faiq Məmmədov və digər çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayon rəhbəri tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən futbol, valeybol, şahmat yarışlarının qalibləri diplomlarla mükafatlandırılıb.

Tərtərdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə  əlaqədar tədbir keçirilib





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net