Zolgəran kəndində səyyar-qəbul görüş
Tarix: 1-12-2018, 09:24 | Çap et
Zolgəran kəndində səyyar-qəbul görüş
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Zolgəran kəndində səyyar-qəbul görüş

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri suvarma suyu üçün subartezian quyusunun qazılması, elektrik təsərrüfatının yenidən qurulması, məktəb üçün əlavə sinif otaqlarının tikilməsi və şəxsi məsələlər barədə müraciətlər etdilər.

Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net