Tərtərdə ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi
Tarix: 3-09-2018, 14:11 | Çap et
Tərtərdə ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

Rayon Təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulayıb.

İcra başçısı vurğulayıb ki, “Təhsil millətin gələcəyidir”, -deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ulu Öndərin layiqli davamçısı Respublika Prezidenti cənab İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına böyük önəm verir.

Rayon rəhbəri rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali (onlardan 191 nəfəri bu ilki, 33 nəfər isə əvvəlki illərin məzunlarıdır), 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplayıbdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 4 nəfəri şəhər 2 saylı, 2 nəfəri şəhər 1 saylı, 1 nəfəri şəhər 6 saylı, 1 nəfəri Bəyimsarov, 1 nəfəri Dəmirçilər, 1 nəfəri isə Seydimli kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (31 nəfər), şəhər 2 saylı (26 nəfər), Güləbatlı (10 nəfər), Qapanlı (8 nəfər), kənd tam orta məktəbləri fərqləniblər. 1 nəfər C.Naxçıvaniski adına hərbi liseyə daxil olmuşdur.

Qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadəyə verilibdir. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu əsaslı təmir və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir olunubdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai

məktəbləri üçün modul tipli məktəblərin tikintisi üçün hazırlıq işləri aparılır, Təhsil Nazirliyi tərəfindən Buruc kənd tam orta məktəbində cari təmir işləri aparılır. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ildən-ilə təhsildə uğurlar artır.

Tədbirdə təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, şəhər 1 nömrəli tam orta məktəbin məzunu, 687 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olmuş Laçın Əliyeva, “Qızıl medal”la təltif olunmuş Dəmirçilər kənd tam orta məktəbin məzunu Kubra Bayramovanın valdeyini Talıb Bayramov, “Qızıl medal”la təltif olunmuş, 659 bal toplamış şəhər 2 nömrəli məktəb-liseyin məzunu Nuranə Kərimova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə iştirak edən Milli Məclisə deputatı Sahib Alıyev çıxış edərək gəncləri təbrik edib, onlara öz tövsiyələrini verdi.

Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik edərək onlara təhsildə və həyatda uğurlar qazanmağı dilədi. gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.

Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatı, YAP rayon təçkilatı, Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr və Fəxri fərmanlar verildi.
Vertikal.Az

Tərtərdə ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi
Tərtərdə ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi
Tərtərdə ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net