1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi
Tarix: 2-06-2018, 07:33 | Çap et
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə tədbir keçirildi
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Ulu Öndərin adını daşıyan parkında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlarla birgə rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri də iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Rayon rəhbəri xüsusi vurğulayıb ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Sonra rayon rəhbəri yeni tikilib istifadəyə verilmiş 100 yerlik uşaq bağçasından, məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə 280 yerlik uşaq bağçasından, uşaq-gənclər şahmat məktəbindən də söhbət açıb. Bildirib ki, hazırda şəhərdə 100 yerlik daha bir müasir tipli uşaq bağçası tikilir. Bütün bunların dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirdi.

Qeyd olundu ki, rayonun düşmənlə 48 km məsafədə təmas xətti var. Döyüşlərdə insanlarımız şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki, hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da bu faciənin qurbanları olublar. 1990-cı il 20 yanvar faciəsində də, Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir.

Rayon rəhbəri bu günkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını vurğuladı. Bildirdi ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər.

Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin, Tərtər şəhər 1, 2, 3, 4 saylı, Ağdərə şəhər və Seydimli kənd körpələr evi-uşaq bağçasının uşaqlarının çıxışları alqışlarla qarşılandı.

Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəqs” dərinəyinin fəal üzvləri Müşfiq və Şəfiqə Əliyevlər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif edildi.

Sonda uşaqlara bayarm şirniyyatı paylandı.
Vertikal.Az

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə tədbir keçirildi
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə tədbir keçirildi
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə tədbir keçirildi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net