Tərtərlilər ulu öndər Heydər Əliyevə ümümxalq məhəbbətini nümayiş etdiriblər
Tarix: 10-05-2018, 13:42 | Çap et
Tərtərlilər ulu öndər Heydər Əliyevə ümümxalq məhəbbətini nümayiş etdiriblər
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.

Mayın 10-da səhər saatlarında minlərlə tərtərli rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər.

Əvvəlcə meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoydu.

Sonra tədbir iştirakçıları meydanda rayon məktəblilərinin hazırladığı Ulu Öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisinə baxdılar.
Vertikal.Az





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net