Tərtərdə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Tarix: 20-04-2018, 12:36 | Çap et
Tərtərdə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Aprelin 20-də Tərtər rayon Gənclər Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Cənab Prezidentin daimi diqqət və qayğısı ilə tərtərlilər əvvəlki illərdə olduğu kimi, cari ilin birinci rübündə də bütün imkanlardan səmərəli istifadə etmişlər. Rayonumuzuda quruculuq-abadlıq işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılması, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələrinin və giriş bloklarının əsaslı təmiri işlərinə başlanılmışdır. Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəb binalarında əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma işlərinə başlanılmışdır. Küçələrin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, küçə divarları bütünlüklə aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçələrdə yol kənarlarına bardyorlar düzülmüş, yola asfalt örtüyü salınmışdır. Bundan başqa həmin küçələrdə işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yarasız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Hazırda bu işlər davam etdirilir.

Rayon mərkəzində Olimpiya İdman Kompleksinin, Elman Səfərov küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmışdır.

Cari ildə Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin tikintisi nəzərdə tutulmuşdur. Hazırda Qaradağlı kənd tam orta məktəbi Yaponiya səfirliyinin xətti ilə əsaslı təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 21.5 km olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılmışdır.

Şəhərin Heydər Əliyev prospektində Bayraq Muzeyinin tikintisi üçün 0.12 ha, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi üçün 0.20 ha və Nizami küçəsində Xalça İstehsalı Emalatxanasının tikintisi üçün 0.42 ha torpaq sahəsi ayrılmışdır. Bu obyektlərin layihə-smeta sənədləri üçün sifariş verilmişdir və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 8.5 mindən çox müxtəlif növ ağaclar, 1.5 min gül kolları və 500 min ədəd həmişəyaşıl kolları əkilmişdir.

2018-ci ilin birinci rübündə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 27,8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çoxdur.

Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 2,6 faiz, sənaye məhsulunun həcmi 4,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 5,8 faiz, nəqliyyat xidmətlərinin həcmi 0,9 faiz, yükdaşımaların həcmi 2,3 faiz, sərnişin daşımalarının həcmi 1,5 faiz, ticarət dövriyyəsinin həcmi 0,8 faiz, iaşə xidmətlərinin həcmi 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,1 faiz artmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 milyon 706,1 min manat təşkil etmişdir ki, onun 3 milyon 522,7 min manatı tikinti-quraşdırma işlərinə yönəlmiş, 635,9 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.

Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 537 yeni iş yeri açılmışdır ki, onun da 117-si daimi iş yerləridir. Bundan başqa 420 mövsümü iş yerləri də açılmışdır.

Rayonumzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bunun nəticəsidir ki, 2017-ci ildə kənd təsərrüfatı sahəsində rayonumuzda uğurlu nəticələr əldə edilmişdir. Hesabat dövründə kənd təsərrüfatı məhsulunun həcmi 2,6 faiz artaraq 7 milyon 117,9 min manat təşkil etmişdir. 2018-ci ildə də aqrar sahədə yüksək naliyyətlər əldə etmək üçün məqsədyönlü işlər davam etdirilir.

Dövlət başçımızın tapşırıq və tövsiyələrinə uyğun olaraq son iki ildə pambıqçılığın inkişaf etdirilməsi, onun keçmiş şöhrətinin geri qaytarılması istiqamətində ciddi işlər görülmüş, nəticədə 2017-ci ildə rayonumuzda 8420 ton pambıq tədarük olunmuşdur. Pambıq əkini 3 dəfə, pambıq tədarükü 3.6 dəfə artaraq, hər hektardan məhsuldarlıq 27.0 sentnerə çatmışdır. Sevindirici haldır ki, pambıqçılarımızın gərgin əməyi sayəsində rayonumuz pambığın hektar üzrə məhsuldarlığına görə ölkə üzrə birinci yerdə olmuşdur.

2018-ci ildə rayonumuzda 3300 hektar pambıq əkilməsi nəzərdə tutulmuşdur. İstehsalçılar emal müəssisələri ilə müqavilələr bağlamış, həmin sahələr optimal müddətdə şumlanmış, hazırlıq işləri görülərək çiyid səpininə başlanılmışdır. Bu günədək 773 hektarda səpin aparılmışdır.

2016-cı ildən başlayaraq rayonda baramaçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. 2018-ci ildə isə barama istehsalını 4.6 tondan 10 tona artırmaq qarşıya məqsəd qoyulmuşdur. Gələcəkdə baramaçılığın yem bazasını təmin etmək üçün 135 min ədəd çəkil tingi əkilmişdir.

2018-ci ilin məhsulu üçün 11 min 680,2 hektar sahədə payızlıq dənli bitkilər səpilmişdir ki, onun 7 min 545,6 hektarı buğda, 4 min 10,7 hektarı arpa, 123,9 hektarı yaşıl yem üçün xəsil arpa olmuşdur.

Bu günədək 3 min 133.4 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır ki, bunun da 803.7 hektarı şəkər çuğunduru, 451 hektarı günəbaxan, 751 hektarı yonca, 481.4 hektarı kartof, 542.3 hektarı tərəvəz, 22 hektarı dən üçün qarğıdalı, 8 hektarı noxud, 1 hektarı lobya, 9 hektarı yem üçün sorqo olmuşdur. Hazırda rayonda yaz-tarla işləri uğurla davam etdirilir.

Hesabat dövründə 790 ton diri çəkidə ət, 5 min 636,9 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,4 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 27,6 faiz artmışdır.

Süni mayalanma yolu ilə doğulan 193 baş buzova görə 19.3 min manat, 842 istehsalçıya emal müəssisələrinə istehsal edib təhvil verdikləri xam pambığın hər kiloqramına (kondinsiya çəkisində) görə 839.0 min manat, 514 istehsalçıya emal müəssisələrinə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə 256.4 min manat dövlət büdcəsi hesabına subsidiya verilmişdir.

Rayonda movcud olan 495 ədəd subartezian quyularından 486 ədədi saz və işlək vəziyyətdədir. 2017-ci ildə rayonun susuzluqdan zərər çəkən ərazilərində qazılmış 7 ədəd subartezian quyuları cari ildə istismara verilmişdir. Bundan əlavə 2018-ci ildə daha 13 yeni subartezian quyularının qazılması nəzərdə tutulmuş və hazırda qazma işlərinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına, fərmanlarına, tapşırıq və tövsiyələrinə uğun olaraq sahibkarlığın inkişafına daim diqqət göstərilir. Cari ildə icra hakimiyyətində sahibkarlarla 2 dəfə görüş keçirilmiş, onları narahat edən problemlər öyrənilmiş, fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməkliklər göstərilmişdir. Sahibkarlığın inkişaf etdirilməsi üçün rayonda münbit şərait yaradıldığının nəticəsidir ki, dövr ərzində 82 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir. Bununla yanaşı Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2018-ci ilin birinci rübündə 2 nəfər sahibkara 47 min manat güzəştli kredit, 3 sahibkarlıq obyektinin tikintisinə icazə verilmişdir.

2016-cı ildə Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi tikilib möhtərəm Prezidentimizin xeyir-duası ilə istifadəyə verilmişdir. Layihənin davamı olaraq 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 18 min 440 nəfərin yaşadığı Tərtər rayonunun 11 kəndinə də içməli su xəttləri çəkilmiş, bulaqlar quraşdırılmış və əhali içməli su ilə təmin edilmişdir.

Cənab Prezidentin 9 aprel 2018-ci il tarixli “Əhalinin içməli su təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2018-ci ildə Tərtər rayonunun daha 4 kəndində (Evoğlu, Mamırlı,

Poladlı, Təzəkənd) əhalinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda rayonun 97.5 faiz yaşayış məntəqəsinə qaz xətti çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı Sərəncamına əsasən Tərtər rayonunun 8 yaşayış məntəqəsinin (Soyulan, Hacallı, Alışarlı, Rəcəbli, Kovdadıq, Bildirçinli, Umudlu, Aşağı Qapanlı) qazlaşdırılmasına başlanılmışdır.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.

Sonra məruzə ətrafında rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, su-kanal idarəsinin rəisi Elnur Abbasov, elektirik şəbəkəsinin rəisi Zülfü Salahov çıxış ediblər.
Vertikal.Az

Tərtərdə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Tərtərdə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net