“Əsgərə məktub” layihəsi Tərtərdə
Tarix: 19-04-2018, 11:59 | Çap et
“Əsgərə məktub” layihəsi Tərtərdə

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” Səyyar Təşviqat Dəstəsi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqcuların göstərdiyi möhkəm iradəyə görə, onlarda ruh yüksəkliyini daha da artırmaq, ictimaiyyətin ordu ilə birliyini və əlaqələrini möhkəmləndirilməsinə töhfə vermək məqsədi üçün “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.

Layihə çərçivəsində belə tədbirlərdən biri də aprel ayının 18-də Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə keçirildi.

Tərtər rayonunda keçirilən kütləvi hərbi maarifləndirici tədbirdə, bu layihə çərçivəsində ərsəyə gələn video çarxlar, rayon ictimaiyyətinin diqqətinə çatdırıldı.

Tədbirə qatılan rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu layiqincə cavab verdi. Düşmənin canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik işğaldan azad edildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Azərbaycan ordusu işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirdir, buna hazırdır. Rayon rəhbəri də əsgərlərimizə öz ürək sözlərini məktub yazaraq çatdırdı. Qeyd etdi ki, belə tədbirlərin ictimaiyyət içərisində keçirilməsi vətənimiz üçün fiziki cəhətdən sağlam, hazırlıqlı, vətəni hər an qorumağa hazır olan, vətənsevər gənclər yetişməsinə, onlarda milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsinə, tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına, yaradıcılq qabiliyyətlərinin üzə çıxmasına böyük töhfələr verəcəkdir.

Tədbirin gedişi zamanı Tərtər rayon ictimaiyyətinin nümayəndələri də Azərbaycan Ordu sıralarında xidmət aparan əsgərlərimizə həm video görüntü ilə, həm də ki, yazılı qaydada olaraq xüsusi ayrılan yerlərdə əsgərlərimiz üçün öz arzu və istəklərini dilə gətirərək onlara mənəvi dəstək olduqlarını nümayiş etdirdilər.

Layihə çərçivəsində Tərtər rayon Mədəniyyət Mərkəzində Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə “Vətən uğrunda” Səyyar Təşviqat Dəstəsi vətənpərvərlik ruhunda film nümayiş etdirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net