Xoruzlu kəndində səyyar-qəbul görüş
Tarix: 13-04-2018, 12:43 | Çap et
Xoruzlu kəndində səyyar-qəbul görüş
Aprel ayının 13-də Xoruzlu kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri və Milli Məclisin deputatı Sahib Alıyev iştirak edib.

Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Xoruzlu kənd ağsaqqalı Vəli Xasıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirib. Qeyd olunub ki, kəndin sosial problemləri həll edilib. Əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Tərtər-Seydimli-Qaradağlı-Sarov yolunun çəkilişi Xoruzlu kəndinin sakinlərinin rayon mərkəzi və qonşu kəndlərlə gediş-gəlişini asanlaşdırıb. İndi isə Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası yol salınır. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifahı durur. Bunun üçün kənd ağsaqqalı sakinlər adından respublika Prezidentinə öz minnətdarlığını bildirib.

Sonra kənd sakini Briliyant Musayeva kənd məktəbinin təmiri, Arif Nəsirov ərazidəki yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Mayıl Alışov suvarma arxlarının təmizlənməsi, Cəfər Əbdüləzimov içməli su üçün bir ədəd subartezian quyusunun qazılması və digər məsələlər barədə müraciətlər ediblər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Vertikal.Az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net